Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hüquqi informasiya internet postalında Putinin Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi aparatı və Cəzaların İcrası Federal Xidmətindən 10 generalı vəzifəsindən azad etmək barədə sərəncamı yayımlanıb. Generalların hansı səbəbdən istefaya göndərildikləri məlum olmasa da, xəbər ictimai rezonans doğurub.

Bu gün Daxili İşlər Nazirliyinin kollegiya iclasında iştirak edən Rusiya prezidenti bir sıra hüquq-mühafizə orqanlarının ünvanlarına tənqid səsləndirib. Xüsusilə də DİN əməkdaşları tənqid atəşinə tuş gəliblər. Putinin sözlərinə görə, ölkədə törədilən cinayətlərdən təxminən yarısının üstü açılmır, DİN sahib olduğu potensialı tam həcmdə istifadə etmir.

Məlumata görə, general korpusunda istefalar məhz DİN kollegiyasından sonra açıqlanıb.

Rusiya prezidenti hüquq-mühafizə orqanlarında xidmət keçmək istəyən namizədlərə dair tələblərin sərtləşdirilməsi zərurəti barədə məlumat verib.

Gununsesi.info