Putin 10 il sonra Dağıstana gəldi…

Putin 10 il sonra Dağıstana gəldi…

Putin Azərbaycanla sərhəd bölgəyə gəlib
Rusiya prezidenti Vladimir Putin bu gün Dağıstana işgüzar səfərdədir.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki,  Putinin Mahaçkalada  ictimaiyyət nümayəndələri ilə görüşü nəzərdə tutulub.  Dağıstanın sosial-iqtisadi vəziyyəti ilə bağlı xüsusi toplantı keçirəcəyi də gözlənilir.
Qeyd edək ki, Rusiya prezidenti sonuncu dəfə Dağıstanda 10 il bundan öncə -2008-ci ildə olub.
Bu səfəri isə,  fevral ayının əvvəlindən etibarən Dağıstanda həyata  keçirilən  ”korrupsiyaya qarşı genişmiqyaslı əməliyatlar” fonunda reallaşır. Putin bildirib ki, Dağıstanda korrupsiyaya qarşı mübarizə bundan sonra da davam edəcək.
 Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində Dağıstanın yüksək vəzifəli nümayəndələri, eyni zamanda Dərbənd şəhərinin azərbaycanlı rəhbəri də saxlanılıb.
Gununsesi.info

COMMENTS