Putin 20 il sonra bir stəkan araq içərək vədinə əməl etdi - FOTO / VİDEO

  • By admin
  • 12 Sentyabr 2019 17:58

Rusiya Prezidenti Vladimir Putin Dağıstana səfər edib.

Gununsesi.org-un “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, terrorçuların Dağıstana hücumunun dəf edilməsinin 20-ci ildönümü münasibətilə bu respublikaya səfər edən Putin Mahaçqala hava limanından Botlix şəhərinə yola düşüb.

O, 20 il sonra Botlixdə milislərlə birlikdə bir stəkan araq içib.

“Vladimir Putin Botlixdə 20 il əvvəl milislərə terrorçuları məğlub etdikdən sonra onlarla birlikdə araq içəcəyi ilə bağlı verdiyi vədə əməl etdi”, – deyə Kremlin jurnalisti Dmitri Smirnov sosial şəbəkədə məlumat yayıb.