Putin 4 ballistik raketi şəxsən işə saldı - FOTO

  • By admin
  • 27 Oktyabr 2017 11:30
Rusiya prezidenti Vladimir Putin oktyabrın 26-da axşam saatlarında Sakit okean və Şimal Buzlu okeanında 4 ballistik raketi sınaqdan keçirib. 
Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, Putin oktyabrın 26-da axşam saatlarında strateji nüvə silahları idarə olunması təlimində iştirak edib. 
Təlimlər zamanı Şimal Buzlu və Sakit okeanındakı hərbi dəniz donanmasının atom arsenalı və uzaq məsafə qət edən aviasiya təyyarələri iştirak edib. Təlimlər zamanı Putin 4 ballistik raketin buraxılma düyməsini basıb. 
Ballistik raketlərin 2-si Şimal Buzulu okeanında Oxot dənizi akvatoriyasınan sualtı atom gəmisindən Arxangelsk vilayətindəki Çija poliqonuna, daha 2 ballistik raket sualtı atom gəmisindən Sakit okeanında Barens dənizi akvatoriyasından Kura poliqonuna atıb.
Gununsesi.info