Putin:  "ABŞ-ın bu addımı çox qəribədir"

  • By admin
  • 27 Sentyabr 2017 21:05

putin_27466
ABŞ əlindəki kimyəvi silahları məhv etmək barədə öhdəliklərini yerinə yetirməyib.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Rusiyanın əksinə, ABŞ kimyəvi silahları məhv etməli olan müddətə riayət etmir. Büdcədə lazım olan maliyyə vəsaitinin ayrılmaması kimi müxtəlif bəhanələrlə bu müddəti üç dəfə təxirə saldılar. Açıq danışsaq, bu, çox qəribə səslənir”, – Putin söyləyib.

Gununsesi.info