Sankt–Peterburqda keçirilənBeynəlxalq İqtisadi ForumdaRusiya prezidenti Vladimir Putinsensasion bəyanatla çıxış edib.Putin etiraf edib ki, ABŞdünyanın ən qüdrətli dövlətidir: “Amerika böyük dövlətdir. Bugün ABŞ demək olar ki, yeganə gücdür. Biz bunu qəbul edirik vəABŞ–la işləməyə hazırıq“.
Putinin fikrincə, istər Rusiyaya, istərsə də bütün dünyaya belə güclü ölkə lazımdır.
“Bununla belə, biz istəmirik ki, onlar bizim işlərimizə qarışsınlar, Avropa ilə Rusiyaarasında münasibətlərə mane olsunlar“, – Rusiya prezidenti vurğulayıb.