
ABŞ NATO müttəfiqləri ilə münasibətlərini dəyişmək üçün addımlar atmalı olacaq. Vaşinqtonun onları qoruduğunu, onların isə bunun qarşılığında sadəcə pul ödəməli olduğunu bildirmək kifayət etmir.
Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“İndiyə kimi Birləşmiş Ştatlar deyirdi: “Biz sizin üçün sovet təhlükəsindən çətir rolunu oynayırıq, siz isə bunun əvəzini ödəməlisiniz”. Bu gün isə belə fikirlər o qədər də keçmir. İndi “biz sizi qoruyuruq – ödəyin” demək kifayət etmir. ABŞ-ın müdafiə kompleksini və iş yerlərini saxlamaq üçün niyə ödəniş etməlidilər? Onlar özlərininkini inkişaf etdirəcəklər. Elə indi məhz bu barədə danışırlar”, – Putin qeyd edib.