Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən “Gələcəyin Texnologiyaları Forumu”nda çıxış edib.
Gununsesi.info xəbər verir ki, Rusiya tibb dünyasındakı inkişaflara istinad edən Putin rus alimlərinin xərçəng peyvəndi hazırlamaq üçün səylərinin sona yaxınlaşdıqlarını bildirib.
“Xərçəng peyvəndi kimi tanınan yeni nəsil immunitet sistemini tənzimləyən dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, bu dərmanlar tezliklə fərdi müalicə üsulları kimi effektiv şəkildə istifadə olunacaq”, – deyə o bildirib.
Rusiyada xərçəng xəstəliklərinin nəzarət altına alınması üçün işləri davam etdirdiklərini bildirən Putin 500-dən çox xərçəng klinikasının bu mövzuda aktiv şəkildə çalışdığını əlavə edib.
Gununsesi.info