Putin Almaniyaya səfərdən imtina etdi

  • By admin
  • 23 Yanvar 2017 15:39
merkel_putin_1423757580
Vladimir Putin fevralın 17-19-da Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi Beynəlxalq Təhlükəsizlik konfransında iştirakdan imtina edib.
 Gununsesi.info İnterfax-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Putinin  mətbuat katibi Dmitriy Peskov  deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti həmin konfransda iştirak etməyəcək və onun iş qrafikində belə bir səfər yoxdur.
“Putin fikrini dəyişib, iştirak edə bilərmi” sulaına cavab olaraq  D. Peskov bildirib ki, bu barədə söz demək çətindir, ancaq hazırda onun iş qrafikində belə bir səfər yoxdur.
Rusiya XİN sözçüsü Mariya Zaxarova isə deyib ki, Putinin yerinə Münhen konfransında xarici işlər naziri Sergey Lavrovun  iştirakı nəzərdə tutulur və hazırda bu istiqamətdə hazırlıq işləri gedir.
Qeyd edək ki, Putin Münhen konfransına dəvət alsa da,  iştirakdan imtina edib.
Ekspertlər bunun səbəbini   Almaniya kansleri Angela Merkellə aralarında olan konfliktlə izah edirlər.
Gununsesi.info