Rusiya prezidenti Vladimir Putin Avropa Parlamentinin Rusiya mətbuatı ilə bağlı qəbul etdiyi qətnaməni kəskin tənqid edib.
Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, Putin Avropa Parlamentinin qərarına qarşı çıxaraq, onu Avropa demokratiyasındakı pozğunluq kimi dəyərləndirib. “Əgər belə bir qərar gəlinibsə, demək, Qərb cəmiyyətinin demokratiya anlayışında açıq bir qanunsuzluq gözləyirik deməkdir. Bizə demokratiya dərsi verməyə çalışdılar və hələ də bu istiqamətindəki çabaları davam edir. Biz bu demokratiya dərsi verənlərdən qadağaların ən pis yol olduğunu və bunun demokratik normalara və prinsiplərə uyğun olmadığını gördük. Sonda mən avropalıların soyuqanlı olaraq hər hansı yanlış hərəkətlərə yol açmayacağına ümid edirəm”- deyə, Putin vurğualyıb.
Qeyd edək ki, Avropa Parlamenti bəzi Rusiya medisına qarşı sanksiyaların qəbul edilməsi ilə bağlı qətnamə qəbul edib.
Gununsesi.info