Putin Bakıya gəldi

  • By admin
  • 08 Avqust 2016 15:43

putin

 

 

Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Heydər Əliyev adına Bakı hava limanına eniş edib.

Gununsesi.info  xəbər verir ki, Rusiya prezidenti səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Tərəflər Suriya, Əfqanıstan və İraqdakı situasiyanı müzakirə edəcək, narkotik ticarəti, terrorizmlə mübarizə və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Üçtərəfli görüş təklifini Azərbaycan prezidenti İlham Əliyev fevral ayında Putinlə telefon danışığı zamanı təklif etmişdi.

Danışıqların yekunu ilə bağlı qəbul olunacaq Bakı bəyannaməsinin nüsxəsi Rusiya mediası tərəfindən az öncə yayılmışdı.

 

Gununsesi.info