Putin: “Biz xanım kansleri Moskvada gözləyirik”

  • By admin
  • 09 Mart 2017 23:33

putinmerkel

Rusiya və Almaniyanın ümumi vəzifəsi əlaqələri tam normallaşdırmaqdır.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Putin Almaniya XİN rəhbəri Ziqmar Qabriellə görüşündə deyib.

Putin bildirib ki, biz hazırda münasibətlərin hansı vəziyyətdə olduğunu anlayırıq: “Fikrimcə, biz münasibətləri normallaşdırmalıyıq, toqquşduğumuz bütün çətin məsələlərin həlli var”.

Almaniya rəhbərliyi ilə daim əlaqəyə açıq olduğunu vurğulayan Putin bugünkü görüşü də münasibətlərin bərpası baxımından yüksək qiymətləndirib:

“Biz xanım kansleri Moskvada gözləyirik, xahiş edirəm, ona ən xoş arzularımı çatdırın”.

Qabriel isə Merkelin səfəri üçün imkanlar olduğunu, hətta Almaniya prezidentinin Rusiyaya gəlmək üçün hazırlaşdığını vurğulayıb.

Gununsesi.info