Putin bu azərbaycanlıları MÜKAFATLANDIRDI

  • By admin
  • 16 May 2021 21:46

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

Gununsesi.info xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib.

Sənəddə qeyd edildiyi kimi, Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə mükafatlandırılıb.

Gununsesi.info