Putin bu barbarlığın bədəlini ödəməlidir

  • By admin
  • 02 Dekabr 2022 11:31
Bu barbarlığın bədəlini Putin də, ruslar da ödəməlidir!
Evimizdə qaz, işıq bir neçə saat sönəndə, su bir gün gəlməyəndə hirslənirik, qınayırıq, etiraz edirik. Əlbəttə, haqlıyıq!
Bu gün qışın şaxtasında Ukrayna xalqı da işıqsız, susuz, istiliksiz qalıb. Ukraynalılar da söyür, etiraz edir, amma hansısa kommunal qurumun rəhbərinə deyil!…
Onları bu əzaba məhkum edən işğalçı, barbar Putin rejimini lənətləyir.
XXI-ci əsrdə bir dövləti, xalqı öz sərsəm, axmaq ideologiyasının qurbanına çevirmək, burnu əzildikcə hirsini milyonlarla dinc insanı zülmə, zillətə düçar eləməklə çıxmaq ağılasığmaz dəhşətdir.
Əlbəttə, bu ağır günlər keçəcək, amma nə Ukrayna xalqı, nə də sivil dünya bu barbarlığı unutmayacaq. Putin rejimi özünü və rus xalqını tarixin dəftərinə qara hərflərlə yazdı.
Ruslar slavyan xalqını bir vandalın hikkəsinə qurban etməyə şərik çıxıblar, ən azı susmaqla bu cinayətə imza atıblar.
Bu vandallıq dünya boyunca qınanmalıdır, özünə hörmət edən liderlər vəhşiləşmiş Putinlə əlaqlərini kəsməlidirlər.
Rusiya bəşəri cinayətin bədəlini bütün varlığı ilə ödəməlidir.
Elçin
Gununsesi.info