
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan ilə birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında qanunu təsdiq edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkələrin birgə fəaliyyətlərinin əlaqələndirilməsi Rusiya Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, iki ölkə arasında 2022-ci il avqustun 16-da imzalanan müqaviləyə əsasən, Rusiya tərəfinə hava hücumundan müdafiə fəaliyyətlərini həyata keçirməsi üçün Qırğızıstanda müvəqqəti istifadə olunacaq ərazi ayrılacaq.
Gununsesi.info