Putin cadugər ovuna başlayır

Rusiya mətbuatının kəşfiyyat və hərbi mənbələrindən əldə edilən məlumata əsasən, Vaqnerin rəhbəri Priqojinin ölümündən sonra Vladimir Putin ekstremistləri həbs edərək ordudan uzaqlaşdırmağa və Vaqner aktivlərinin həbsinə göstəriş verib.

Gununsesi.info Rusiyada yeganə müxalifətyönlu media orqanı olan “The Moscow Times”-a istinadən xəbər verir ki, Vladimir Putin Yevgeni Priqojindən sonra Rusiya-Ukrayna müharibəsində hücumçu bürokratiya və ordu daxilindəki əməliyyatlara daxil olacaq.

Məlumatlar deyir ki, Priqojin təkcə Vaqner üçün deyil, bürokratiya və ordu daxilində müharibədə hücumçu olmaq istəyənlarin sözçüsü olub. Onun ideyası “bütün xalqı və resursları müharibəyə səfərbər etmək” idi.

Rusiya daxili kəşfiyyat xidməti isə (FSB) Priqojin ilə razılaşan bürokratiya və hərbçiləri artıq etiketləməyə başlamışdır. Vurulan təyyarə “bu istiqamətdə heç də ilk addım” deyildi.

Təyyarənin qəzaya uğramasından bir gün əvvəl Priqojinin yaxın dostu, Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general Sergey Surovikin vəzifəsindən azad edilərək həbs edilib.

Daha sonra Surovikindən əvvəl Ukraynadan ayrılmaq istəyən və Kiyevlə müharibə aparan Donetsk Xalq Respublikasının keçmiş ifrat sağçı müdafiə naziri İqor Girkin də həbs edilib.

Ölkə mətbuatına verilən açıqlamalarda Putinin ölkədəki müharibənin gedişindən narazı olan yüksək səviyyəli kadrların Vaqner kimi üsyançı olmalarından ehtiyat etdiyi üçün həbs əməliyyatlarının genişləndirəcəyi deyilir.

Təəccüblü isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla bağlıdır.
FSB-nin Putinə təqdim etdiyi yeni hesabatda Şoyqu və Gerasimovun orduda narazılığın qarşısını almaq üçün  müharibə istəyi və bu səbəbdən bu ikilinin “qovulması” iddia olunur.

Bildirilir ki, orduda hələ də Priqojin  kimi üsyana səbəb ola biləcək silahlı qruplaşmalar var və Rusiya kəşfiyyat bölmələri bu qruplaşmaları ya nəzarət altına almağa, ya da “yox etməyə” çalışır.

Priqojinin ölümündən sonra təkcə Vaqner deyil, Ukrayna, Yaxın Şərq və Afrikada da Rusiya ordusunun zəiflədiyi deyilir. Ukraynadan dislokasiya olunmuş adı açıqlanmayan rus hərbi komandiri iddia edir ki, Priqojin müharibəni gücləndirmək üçün 2024-cü il prezident seçkilərində prezidentliyə namizəd ola bilərdi və məhz buna görə də “öldürülməsi ağlabatandır”.

Vaqnerin dünyanın müxtəlif yerlərində, xüsusən də Afrika ölkələrində mədən, liman, bir çox kommersiya müəssisəsi və biznesinin olduğu bildirilir.

Bu resusları Rusiyaya əlavə etmək üçün Putin Xarici İşlər və Ticarət Nazirliklərinə regionlara səfər etməyi tapşırıb.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info