Putin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin iştirakının mümkünlüyünü bildirib

  • By admin
  • 29 Oktyabr 2020 19:26

“İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır”.

Gununsesi.info-nun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.

“Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin – Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var – iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, – deyə Rusiya lideri vurğulayıb.

 

 

Gununsesi.info