Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

17 Noyabr 2017 - 08:10

“Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid etmir”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib.

“Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var.  Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMTTŞ-nin qətnamələri – star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”, – deyə R.T.Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub.

Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb.

Gununsesi.info





loading...