Putin dost olmayan ölkələrin siyahısını tərtib etməyi TAPŞIRDI

  • By admin
  • 06 Mart 2022 10:23

Rusiya hökuməti iki gün ərzində Rusiya ilə düşmənçilik edən ölkələrin siyahısını müəyyən etməlidir.

Gununsesi.info  xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

“Rusiya Federasiyası Hökuməti iki gün müddətində Rusiya Federasiyasına düşmən münasibətdə olan xarici dövlətlərin, hüquqi və fiziki şəxslərinin siyahısını müəyyən etsin”, – Vladimir Putinin imzaladığı sənəddə deyilir.

Qeyd olunur ki, Rusiya şirkətləri həmin ölkələrin kreditorlarına olan borclarını avro və ya dollarla deyil, rus rublu ilə ödəyə biləcək.

Gununsesi.info