Putin döyüşə gedənlərlə bağlı QƏRAR VERDİ

  • By admin
  • 26 Mart 2022 11:56

Rusiya Prezidenti Vladimir Putin “Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatın iştirakçılarının döyüş veteranları kimi tanınması haqqında” qanunu imzalayıb.

Gununsesi.info xəbər verir ki, sənədə əsasən dövlət xüsusi əməliyyat zamanı həlak olan və yaralanan rusiyalı hərbçilərin ailələrinə dəstək göstərəck.

Sənəd martın 26-da Rusiyada hüquqi informasiyaların dərc olunduğu rəsmi internet portalında yerləşdirilib.

Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, martın 23-də Dövlət Dumasının deputatları Ukraynada xüsusi əməliyyatın iştirakçılarının döyüş veteranı kimi tanınması haqqında qanunu üç oxunuşda qəbul ediblər.

Gununsesi.info