
Rusiya prezidenti Vladimir Putin oktyabrən 14-də İrəvana səfər edəcək.
Gununsesi.info Rusiya prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının toplantısında iştirak etmək üçün İrəvana səfər edəcək. Burada KTMT məkanında baş verən proseslər və təşkilatın təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Bu zirvə toplantısında KTMT-də sədrlik Ermənistandan Belarusa keçəcək.
Gununsesi.info