Putin: “Ermənistan Rusiyanın strateji tərəfdaşı, müttəfiqidir”

  • By admin
  • 31 Oktyabr 2022 16:42

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Gununsesi.info “APA”ya istinadənxəbər verir ki, Putin Paşinyanla görüş zamanı bu gün nizamlanma istiqamətində irəli addım atılacağına ümidinvar olduğunu deyib.

“Münaqişə on illiklərdir davam edir. Nə vaxtsa, bu münaqişəni bitirmək lazımdır.

Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Biz bunu hər cür dəstəkləyirik. İndi sizinlə, daha sonra isə üçtərəfli formatda irəli getmək üçün əsas məqamları tapmağa çalışacağıq”, – Rusiya Prezidenti vurğulayıb.

Putin söyləyib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı, müttəfiqidir.

“Çox ümid edirəm ki, bu gün nizamlanma istiqamətində irəli addım atacağıq”, – Rusiya dövlət başçısı əlavə edib.

Gununsesi.info