Rusiya prezidenti Vladimir Putin 18-30 yaş arası 150 min vətəndaşın yaz ayı üçün məcburi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Kremldən verilən açıqlamada bildirilib.
Məlumatda deyilir ki, Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası ötən ilin iyulunda məcburi hərbi xidmət üçün yuxarı yaş həddinin 27-dən 30-a qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qeyd edək ki, bu qanun yanvar ayın 1-dən etibarən qüvvəyə minib.
Gununsesi.info