Putin həbsxanalarda işgəncə görüntülərini yayan şəxsi həbs etdirmək istəyir - FOTO

  • By admin
  • 24 Oktyabr 2021 21:45

Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə Daxili İşlər Nazirliyi Gulagu.net layihəsinin informatoru Sergey Savelyevi axtarışa verib.

“Nastoyashcheye Vremya”ının verdiyi məlumata görə, adı çəkilən şəxsin həbsi və Rusiyaya ekstradisiyası üçün sənədlər hazırlanmaqdadır.

Gulagu.net layihəsinin rəhbərliyinin Daxili İşlər Nazirliyinə rəsmi müraciəti və bu idarənin əməkdaşlarının rəsmi cavabı Sergey Savelyevin Rusiyaya ekstradisiyası üçün sənədlərin hazırlanması barədə məlumatı təsdiqləyir.

Gulagu.net-in təsisçisi Vladimir Oseçkin teleqram kanalında belə yazır:

“İşgəncə xəbərdarının ünvanına “təşəkkür və “sağ ol”sözləri əvəzinə” – axtarış və həbs etmək və nəyin bahasına olursa-olsun Rusiyaya qaytarmaq cəhdi.Rusiya təhlükəsizlik qüvvələri özlərini ifşa edir və dünyaya insanlıq əleyhinə və insanlığa qarşı cinayətləri öyrənməkdə kömək edən adamı susdurmağa çalışır. Bu qərar 100% siyasidir və ona Vladimir Putin tərəfindən sanksiya verilib. Bu onların bizə cavabıdır. Onlar bütün həqiqəti söyləyənləri həbs etmək və hakimiyyətlərindən siyasi məqsədlər üçün sui-istifadə etmək istəyirlər. Onların növbəti addımı İnterpola sorğu göndərmək olacaq. Federal Penitensiar Xidmətdə və bütün istintaq-məhkəmə sistemində islahatlar aparılıncaya qədər Rusiya Federasiyasının İnterpolda iştirakına moratorium tətbiq etməyi bu beynəlxalq təşkilata təklif etmək üçün İnterpola da sənədlər göndərəcəyik. Həbs edilmiş və məhkum edilmiş şəxslərə qarşı işgəncə konveyerləri.

Bəli, biz Sergeyi onlara verməyəcəyik!” deyə Vladimir Oseçkin yazıb.

Oktyabrın əvvəlində Gulagu.net saytı Saratov vilayətindəki Federal Penitensiar Xidmətin vərəm xəstəxanasında məhbusların işgəncə, zorakılıq və zorlanması ilə bağlı səs yazılarını dərc edib.

Bundan sonra xəstəxana rəhbərliyi vəzifədən azad edilib və hadisə ilə bağlı bir neçə cinayət işi açılıb. Belarus vətəndaşı, ixtisasca proqramçı olan Sergey Savelyev vərəm xəstəxanasından olan qeydləri hüquq müdafiəçilərinə təhvil verib.

“Nastoyashcheye Vremya”ya müsahibəsində o belə videoları Rusiya üzrə əksər həbsxanalardan əldə etdiyini deyib. Həbsxanalarla bağlı video nəzarətin ümumi şəbəkədə birləşdirldiyini deyən Savelyev həmin videoları necə əldə etdiyi barədə suala cavab olaraq bu məsələdən danışmaq istəmədiyini deyib.

“Beş il orada işlədim, kompüter arxasında oturdum, sənədləri çeşidlədim, video arxivlərlə, video kameralarla və xidməti videoregistratorlarla işlədim – bu, mənim vəzifələrimin bir hissəsi idi. Həmin sənədləri çölə çıxarmaq yalnız mənim azadlığa çıxmamdan sonra mümkün oldu”.

O, narkotik alveri ittihamı ilə doqquz il həbs cəzası çəkərkən Saratov vilayətindəki FSIN vərəm xəstəxanasında videonəzarət kameralarına cavabdeh şəxs olub. Azadlığa çıxmazdan əvvəl Savelyev əldə etdiyi bütün matrealları diskə köçürüb, onu koloniyadan çıxara bilib. O saatlarla davam edən video yazıları Gulagu.net saytının təsisçisi Vladimir Oseçkinə verib.

Hazırda Fransada olduğu bildirilən keçmiş məhbusun həmin ölkədən siyasi sığınacaq istədiyi bildirilir.

Gununsesi.info