Rusiya Prezidenti Vladimir Putin ölkənin ilhaq etdiyi “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərinin “rəhbər”ləri ilə görüşüb.
Gununsesi.info “Kommersant”a istinadən xəbər verir ki, regionlara hazırda “rəhbərlik” edən Denis Puşilin, Leonid Paseçnik, Vladimir Saldo və Yevgeni Baliçkiy həmin ərazilərdəki vəziyyətlə bağlı V.Putinə məlumat verib.
Xatırladaq ki, “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Xerson və Zaporojye vilayətləri ötən ilin sentyabrın 30-u Rusiyanın tərkibinə daxil olub.
Gununsesi.info