Putin ilk dəfə Xersona getdi - Video

Rusiya Prezidenti Vladimir Putin Xerson vilayətinə səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

Putin səfəri çərçivəsində Xerson istiqamətində “Dnepr” qoşun qruplaşmasının qərargahına baş çəkib. Rusiya lideri burada yüksəkrütbəli hərbçilərin hesabatlarını dinləyib.

Qeyd edək ki, bu, Putinin Xerson vilayətinə ilk, Rusiyanın ilhaq etdiyi bölgələrə isə ikinci səfəridir. Belə ki, o, mart ayında Donetsk vilayətinin Mariupol şəhərinə getmişdi.

 

 

Gununsesi.info