Putin imperiya xislətini gizlətmir

  • By admin
  • 13 İyul 2021 15:33

Kremlin sahibi Vladimir Putin illərdir açıqlamalarında və yazılarında eyni fikirləri təkrarlayır: “Rusiya torpaqları qarət olunub”, “bolşeviklər özbaşına torpaq paylayıblar”, “özünüzə aid olmayan torpaqlarla Rusiyadan ayrılmamalıydınız”.

Gununsesi.info xəbər verir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin imperiya xislətini gizlətmir.

E.Şahinoğlu deyir ki, Vladimir Putin bu fikirləri əsasən Ukrayna barədə işlədir, ancaq onun bu sözlərinin Rusiyanın bütün qonşularına aidiyyatı var.

“Putin etiraf edir ki, Rusiya imperiyasını və ya SSRİ-ni bərpa etmək mümkün deyil. Belə isə Putin niyə hər dəfə qonşularını hədələyən açıqlamalarla çıxış edir? Putin Rusiyanın indiki gücü ilə keçmiş imperiyanı bərpa edə bilməyəcəyini anlayır, tək elə Krımın ilhaqı və müxtəlif separatçılara dəstək Rusiyaya həm siyasi, həm də iqtisadi mənada baha başa gəlir. Görünür, Putin bu açıqlamalarını gənc nəsil üçün deyir ki, gələcəkdə Rusiya güclənərsə, həmin gənc nəsil “itirilən torpaqları” geri qaytarsın. Putin bircə onu anlamır ki, sən başqalarından nəsə qoparmağı arzulayarkən, başqaları də sənin daha çox zəifləməni və parçalanmağını gözləyir. Sən təksən, başqaları isə çoxdur…”.

Gununsesi.info