Putin imzaladı: Gürcülərin Rusiyaya uçuş üçün viza qadağası ləğv edildi

  • By admin
  • 10 May 2023 16:58

Ukrayna-Rusiya savaşından sonra Rusiyanın Gürcüstandakı Moskva əleyhinə etirazlar səbəbi ilə bu ölkəyə tətbiq etdiyi vizalı uçuş qadağası aradan götürülüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sənəd imzalayıb.

Sənədə əsasən, Gürcüstana birbaşa uçuşla tur paketi satışlarına yönəlik tətbiq edilən qadağalar ləöv edilib.

Kremlinin xəbər saytında qərarnamənin üzü yayımlanıb.

Bu qərarla da, gürcü vətəndaşlarının təhsil və iş məqsədli 90 gündən daha çox Rusiya torpaqlarında qala bilmələri üçün via almaq məcburiyyəti olmayacaq.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info