Rusiya ordusu haqqında yalan məlumat yayanların əmlakı müsadirə olunacaq.
Gununsesi.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ordusu haqqında yalan məlumat yayanların əmlakının müsadirə edilməsi haqqında qanunu imzalayıb.
Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan Putinin imzaladığı qanuna əsasən,Rusiya ordusunu gözdən salan, ekstremizmə dəvət edən, Rusiyanın ərazi bütövlüyü və təhlükəsizliyinə təhlükə yaradan, Rusiya və Rusiya vətəndaşlarına qarşı sanksiyalara çağırış edənlərə verilən müxtəlif dövlət titulları və mükafatları da geri alınacaq.
Sözügedən qanun rəsmi dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minəcək.
Rusiya ordusu haqqında yalan məlumat yayanlara qarşı yeni cəzalar nəzərdə tutan qanun ötən ay Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında qəbul edilib. Bu qanun parlamentin yuxarı palatası olan Federasiya Şurası tərəfindən fevralın 7-də təsdiqlənib.
Gununsesi.info