Putin İslam Kərimovun varisi ilə görüşdü

  • By admin
  • 06 Sentyabr 2016 17:30
özbekistan
Putin Özbəkistanda İslam Kərimovun varisi ilə görüşdü.
Gununsesi.info gazeta.ru-ya istinadən xəbər verir ki, İslam Kərimovun məzarının ziyarət etmək üçün bu gün Özbəkistanən Səmərqənd şəhərinə səfər edən Rusiya prezidenti Vladimir Putin  məzarı ziyarət etdikdən sonra onun ailəsi və baş nazir Şövkət Mirzoyevlə görüşüb. Baş nazirlə görüşündə Putin əmin olduğunu bəyan edib ki, Özbəkistanən yeni rəhbərliyi ölkədə sabitliyi və əmin-amanlığı təmin edəcək. “Rusiya hesab edir ki, iki ölkə arasındakı əlaqələr bundan sonra da, əsası prezident İslam Kərimovun dövründə  qoyulan münasibətlər əsasında davam edəcək.
Biz isə öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki,  əlaqələrimiz qarşılıqlı qaydada inkişaf etsin və bu yolda Özbəkistann yeni rəhbərliyini və xalqını dəstəkləyəcəyik. Bu məsələdə bizə ən etibarlı dost kimi etibar edə bilərsiniz”- deyə, Putin vurğualyıb. Putin əlavə edib ki, İslam Kərimov iki ölkə arasında əlaqələrin inkişafı üçün əlindən gələni edib: “Odur ki, Rusiya Özbəkistanla əalqələrə çox böyük önəm verir”.
Ekspertlər  hesab edir ki, Putnin baş nazir Şövkət Mirzoyevlə görüşünü İslam Kərimovun ən real varisi və Moskvanın oina dəstək verməsi mesajı kimi dəyərləndiriblər. Ekspertlər eyni zamanda Ş.Mirzəyevi ən real namizəd hesab edirlər.
Özbəkistanın  Dövlət Təhlüksəzilik xidmətinin rəhbəri Rüstəm İnayətov və baş nazirin birinci müavini Rüstəm Əzimovu da prezident postuna şanslı namizədlərdən biri hesab edilir.
Gununsesi.info