Putin İsrail-Fələstin münaqişəsindən danışdı

  • By ilhame
  • 10 Oktyabr 2023 19:15

Rusiya Prezidenti Vladimir Putin İsrail-Fələstin münaqişəsinin kəskin şəkildə artmasının səbəbini ABŞ-nin Yaxın Şərqdəki siyasətinin uğursuzluğu ilə əlaqələndirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Putin məsələ ilə bağlı fikirlərini bildirib.

“İsrail-Fələstin münaqişəsi ABŞ-nin Yaxın Şərq siyasətinin uğursuzluğunun canlı nümunəsidir”, – deyə Putin vurğulayıb.

Qeyd edək ki, Kreml bundan əvvəl hər iki tərəflə təmasda olduğunu və aralarındakı mübahisənin həllində rol oynamağa çalışacaqlarını bəyan etmişdi.

Gununsesi.info