Putin Jirinovski ilə BELƏ VİDALAŞDI - FOTO/VİDEO

  • By admin
  • 08 Aprel 2022 13:19

Rusiya prezidenti Vladimir Putin Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski ilə vidalaşmaq üçün Moskvada İttifaqlar Evinə gəlib. 

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, prezident mərhumun xatirəsi önünə qızılgül dəstəsi qoyub.

Jirinovski aprelin 6-da ağır və uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat edib.

LDPR fraksiyasının müvəqqəti rəhbəri Leonid Slutski bildirib ki, Rus Pravoslav Kilsəsinin rəhbəri mərasimi keçirmək arzusunu şəxsən bildirib.

Gununsesi.info