Putin jurnalistlərin suallarına cavab verir - CANLI

  • By admin
  • 23 Dekabr 2021 14:52

Rusiya prezidenti Vladimir Putinin Moskvada keçirdiyi böyük mətbuat konfransı başlayıb. Bu onun 17-ci belə mətbuat konfransıdır..

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, tədbir Manejdə keçiriləcək. COVID-19 səbəbindən mətbuat konfransında iştirak edən media nümayəndələrinin sayına məhdudiyyət qoyulub – brifinqə 500 jurnalist buraxılacaq.

HTML tutorial

Vladimir Putinin ilin yekunlarına həsr olunmuş böyük mətbuat konfransı artıq ənənə halını alıb.
Prezident jurnalistlərə mövzu seçimində məhdudiyyət qoymur. Suallar bir qayda olaraq, Rusiyanın daxili və xarici siyasətinin müxtəlif sahələrinə toxunur, bəzən dövlət başçısının şəxsi həyatına da aid olur.

Prezidentin Mətbuat və informasiya şöbəsi bu il tədbirə 507 media nümayəndəsini akkreditasiyadan keçirib.
Epidemioloji təhlükəsizlik baxımından prezidentin oturacağı masa ilə jurnalistlər arasında məsafə ən azı 20 metr olacaq.

Hazırkı mətbuat konfransı ilk dəfə olaraq bu tədbir üçün istifadə olunacaq Manej mərkəzi sərgi salonunda keçiriləcək. Bundan əvvəl dövlət başçısı orada başqa tədbirlər keçirib, o cümlədən Federal Məclisə müraciətlər edib.
Vladimir Putinin böyük mətbuat konfransı 17-ci dəfə keçiriləcək.

Videonu təqdim edirik.