Putin Kərimova son borcunu vermək üçün Səmərqəndə getdi, məzarına baş çəkdi - FOTO + VİDEO

  • By admin
  • 06 Sentyabr 2016 12:44
kerimov-2 
Vladimir Putin  İslam Kərimov qarşısında son borcunu vermək üçün Səmərqəndə gedib, onun məzarına baş çəkib.
Gununsesi.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin  bu gün Səmərqəndə gedib.
“Anxor.uz” saytının yazdığına görə, Vladimir Putin sentyabrın 3-də İslam Kərimovun dəfn mərasimində iştirak edə bilmədiyindən bu gün Səmərqəndə gələrək onun məzarını ziyarət edib, onun məzarı önündə baş əyib və məzarının üstünə gül dəstəsi qoyub. Bundan sonra Putin Kərimovun ailə üzvləri-qızı Lola və həyat yoldaşı Tatyana Kərimova ilə, həmçinin, baş nazir Şövkət Mirzoyevlə görüşüb.
kerimov-1

Gununsesi.info