
Rusiya Prezidenti Vladimir Putin, Kiyevdə parlament də daxil olmaqla, hökumət binalarına genişmiqyaslı raket zərbəsi endirmək imkanını nəzərdən keçirir.
Gununsesi.info xəbər verir ki, bu barədə Moscow Times xəbər verir.
Ukrayna Müdafiə Nazirliyi hesab edir ki, bu hücum Kurskda baş verən insidentə cavab ola bilər.
Ukrayna mənbəsi Rusiyanın yüzlərlə raket buraxa biləcəyini və bunun hava hücumundan müdafiə üçün ciddi bir problem yaradacağını bildirib.
Ukrayna ordusunun nümayəndəsi mümkün hücumu “böyük problem” adlandırıb, lakin Ukraynanın özünü müdafiə etmə qabiliyyətinə əmin olduğunu vurğulayıb.
Digər bir ukraynalı rəsmi isə AFP-yə Rusiyanın Ukraynadakı “qərar qəbul edən mərkəzləri” vurmaq planlarını təsdiqləyib. Mümkün hücumun dəqiq vaxtı hələ məlum deyil.