Putin koronavirusa qarşı “buster” dozanı qəbul etdi

  • By admin
  • 21 Noyabr 2021 21:53

Rusiya prezidenti Vladimir Putin koronavirusa qarşı “Sputnik Light” peyvəndiylə revaksinasiya olunduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Rusiya dövlət başcısı bildirib ki, COVİD-19 əleyhinə 3-cü doza peyvənddən sonra özünü normal hiss edir.

Putin həmçinin Gamelei adına Mərkəz tərəfindən hazırlanmış koronavirusa qarşı burun peyvəndinin sınağında iştirak etmək qərarına gəlib. Bu barədə o mərkəzin direktor müavini Denis Logunovla görüşdə bəyan edib.

Gununsesi.info