Putin koronavirusdan belə qorunacaq – Dezinfeksiya tuneli

  • By admin
  • 17 İyun 2020 14:41
Rusiya prezidenti Vladimir Putini hər gün ölkədə minlərlə insanın yoluxduğu koronavirusdan qorumaq üçün tunel hazırlanıb.
Dezinfeksiya tuneli prezidentin “Novo-Oqarevo”
iqamətgahında quraşdılırlıb. Məlumata görə, iyunun 15-dən Kremlin uzaqdan çalışan işçilərinin çoxu geri qayıdıb.
Tunelə daxil olan şəxs dezinfeksiyaedici maddə buludu ilə təmizlənir. İndi dövlət başçısının iqamətgahına daxil olacaq şəxslərin hər biri burada dezinfeksiya olunduqdan sonra içəri daxil ola biləcəklər.
Xatırladaq ki, hələ aprel ayında Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov pandemiya ilə əlaqədar olaraq V.Putinin görüşlərinin çoxunun təxirə salındığını demişdi.

Gununsesi.org