Putin Krımın Rusiyaya birləşdirilməsinin səbəbini açıqladı

  • By admin
  • 16 Sentyabr 2016 22:06

635586890584034737-ap-russia-putin

 

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Krımın Rusiyaya birləşdirilməsinin yeganə səbəbi Ukrayna hökümətinin apardığı siyasətdir.

“Krımda baş verənlər Ukraynanın müəyyən siyasi qüvvələrinin qanunsuz hərəkətlərinin nəticəsidir”, – Rusiya dövlət başçısı MDB ölkələrinin sammitində çıxışı zamanı deyib.

Vladimir Putin Rusiyanın Krımı zəbt etmədiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl, Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko sammitdə çıxışı zamanı Rusiyanı Krımı işğal etməkdə ittiham etmişdi.

 

Gununsesi.info