Rusiya prezidenti Vladimir Putin Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya edən qanunu imzalayıb.
Gununsesi.info xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
Bundan əvvəl Federasiya Şurası Rusiyanın KXDR ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyasını təsdiqləyib.
Gununsesi.info