Putin Lukaşenko ilə görüşəcək

  • By admin
  • 10 May 2021 10:03

Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Ölkə başçıları Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümü münasibətilə bir-birilərini təbrik ediblər.

Liderlər həmçinin gündəlikdə duran ikitərəfli məsələləri müzakirə ediblər. Eyni zamanda Rusiya-Belarus partnyorluğu və ittifaqının gücləndirilməsi yönündə qarşılıqlı inamın olduğunu bir daha təsdiqləyiblər. Yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər.

Gununsesi.info