Putin Lukaşenko ilə yeni birlik yaradır

  • By admin
  • 28 Aprel 2022 15:41

Belarus və Rusiya suveren dövlətlər ittifaqı qurur.  

Gununsesi.info xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Voronej vilayətinin qubernatoru ilə görüşdə deyib.

“Belarus və Rusiya inkişaf etsin deyə yeni prinsiplər əsasında vahid Birlik Dövləti qurmağa çalışırıq. Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da belə bir ittifaqa qoşulacaqlar” – deyə ölkə başçısı qeyd edib.

Gununsesi.info