Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu Rusiya Federasiyasının ali mükafatı – Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif edib.
Gununsesi.info xəbər verir ki, Axar.az məlumatı İz.ru – ya istinadən yayıb.
Putin bu mükafatı Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, iki qardaş ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə, eləcə də ittifaq dövlətinin yaradılması və effektiv fəaliyyətinə verdiyi şəxsi töhfəsinə görə təqdim edib.
Qeyd edək ki, Aleksandr Lukaşenkonun avqustun 30-da 70 yaşı tamam olub.
Gununsesi.info