Putin məşhur aktyorun vətəndaşlığını qəbul etdi - SƏRƏNCAM

  • By admin
  • 03 Noyabr 2016 14:50
stiven
Məhşur ameriaklı aktyor və prodyüsser Stiven Siqal da Rusiya vətəndaşı oldu.
Gununsesi.info Rusiya prezidentinin rəsmi saytına  istinadən  xəbər verir ki, artıq amerikalı aktyor və prodyüser Stiven Siqal Rusiya vətəndaşlığı alıb və Rusiya prezidenti Vladimir Putin bununla bağlı müvafiq sərəncam verib.
Bu barədə məlumat Putinin rəsmi  saytında yerləşdirilib. Sənəddə  qeyd olunub ki, 10 aprel 1952-ci ildə  ABŞ-da dünyay gələn  Stiven Siqal Rusiya vətəndaşlığına qəbul edilib. Qeyd edək ki, S.Siqal sentyabr ayında  Rusiya vətəndaçlığı almaq barədə planlarından danışıb:  “Mən çox istərdim ki,  ilin bir neçə ayını öz dostlarım və yaxınlarımla birlikdə  Rusiyada  yaşayım. Hansı ki, bu ölkədə  məni gözləyir  və sevirlər”.
Gununsesi.info