Rusiya Prezidenti Vladimir Putin 12-ci böyük mətbuat konfransını keçirir.
Gununsesi.info xəbər verir ki, ənənəvi dekabr mətbuat konfransına təxminən min beş yüz yerli və əcnəbi jurnalist toplaşıb.
Vladimir Putin bu il ilk dəfə olaraq mətbuat konfransını bir gün təxirə salıb. Belə ki, Ankarada qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovun dəfni ilə əlaqədar mətbuat konfransı dekabrın 22-dən 23-nə keçirilib.
Rusiya liderinin mətbuat konfransını işıqlandırmaq üçün 1437 yerli və əcnəbi jurnalist akkreditasiyadan keçib.
Mətbuat konfransının müddətini Prezident özü müəyyən edir. 2001-ci ildə jurnalistlərlə ilk görüş 1 saat 33 dəqiqə davam etmişdi. 2008-ci ildə KİV nümayəndələrinə 4 saat 40 dəqiqə Rusiya Prezidenti ilə ünsiyyətdə olmaq imkanı yaradılmışdı. Ötən il isə Vladimir Putin jurnalistlərin suallarına 3 saat 8 dəqiqə ərzində cavab vermişdi.
Böyük mətbuat konfransı “Rossiya 1”, “Rossiya 24” və Rusiyanın Birinci Kanalı ilə canlı yayımlanır. Eyni zamanda, Prezidentin jurnalistlərin suallarına cavablarını “Mayak”, “Vesti FM” və “Radio Rossiya” radio kanalları vasitəsilə də dinləmək olar.
Gununsesi.info