Putin məndən vətənimə xəyanət etməyimi istədi

  • By admin
  • 06 Mart 2022 14:25

Putin mənə illər əvvəl zəng etdi və əməkdaşlıq təklif etdi. Mən isə heç vaxt vətənimə xəyanət etməyəcəyimi dedim. Putin 1 milyondan çox rusu bölgəyə yerləşdirdiklərini bildirdi.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Krım türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Cəmil “Haber Qlobal”a müsahibəsində deyib.

“Putinin nəzərində onunla əməkdaşlıq etməyən hər kəs terrorçudur. Bizi ruslaşdırmağa çalışırlar. Ruslar hücuma başlayandan sonra Krım tatarlarının evinə gəlib təhdid etdilər. Ukraynaya qarşı onlara dəstək olmağımızı istəyirlər. Bizi zorla öz sıralarına qatırlar. Rus ordusuna məcbur qatılan Krım gənclərinə demək istəyirəm ki, ya qatil olacaqsınız, ya da öləcəksiniz.

Biz Krım türkləri olaraq Rusiya-Ukrayna savaşında sülh istəyirik. Amma onlar bizə qarşı vuruşurlar. Biz Rusiyaya müqavimət göstərəcəyik, ölkəmizi qoruyacağıq. Təxminən min Krım türkü təxliyə gözləyir. Qərb bölgələrində yaşayan 5000-ə yaxın Krım tatarının çoxu Türkiyəyə gəlmək istəyir. Türklər hər zaman Ukraynanın yanında olublar. Biz bunu görürük və bilirik. Ukraynalılar türklərin nüfuzunu bilir, görür və başa düşürlər”, – o bildirib.

Gununsesi.info