Putin Macarıstanda həbs olunacaq?

  • By admin
  • 24 Mart 2023 14:15

Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinə qarşı hərbi cinayətlər haqqında qərarına hələ də rəsmi münasibət bildirməyib.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, Macarıstanın dövlət naziri Gergely Gulyas mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib ki, onlar Macarıstan qanunlarına istinad edə bilər və buna əsaslanaraq Rusiya prezidentini həbs edə bilərlər. Çünki Macarıstanda ICC nizamnaməsi elan olunmayıb. “Bu qərarlar müsbət qərarlar deyil, çünki onlar sülhə deyil, vəziyyəti daha da gərginləşdirməyə aparır”.

Onu da qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi uşaqların Ukraynadan qeyri-qanuni deportasiyası və ukraynalıların öz ərazisindən Rusiyaya qanunsuz təxliyə edilməsində şübhəli bilinərək Putini həbs etməyə çağırıb.

Gununsesi.info