Putin Makronla nədən danışacaq?

  • By admin
  • 22 May 2017 20:03

putin markonla

Mayın 29-da Rusiya prezidenti Vladimir Putin Fransaya səfərə gedəcək.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti əsasında baş tutacaq. Dövlət başçıları I Pyotrun Fransaya Rusiya monarxı kimi ilk səfərinin 300 illiyinə həsr olunan sərgidə iştirak edəcəklər.

İkitərəfli görüş zamanı siyasi, ticarət-iqtisadi və mədəniyyət-humanitar sahələrdəki münasibətlər müzakirə olunacaq. Bundan başqa, aktual beynəlxalq və regional məsələlər, hər şeydən öncə beynəlxalq terrorçuluqla mübarizə sahəsində səylərin koordinasiyası, Suriya və Ukrayna münaqişələrinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılacaq. 

Gununsesi.info