Putin Mi-24 helikopterinin həlak olan heyət üzvlərinin adını açıqlayıb

  • By admin
  • 10 Noyabr 2020 20:37

Rusiya Prezidenti Vladimir Putin Ermənistan ərazisində Azərbaycan hərbçiləri tərəfindən vurulan Mi-24 helikopterinin heyət üzvlərinin adlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bilirsiniz ki, dünən baş vermiş faciəvi insident nəticəsində iki yoldaşımız – Ermənistandakı Rusiya hərbi bazasında xidmət aparan pilotlarımız həlak olub. Bunlar mayor Yuri İşuk və baş leytenant Roman Fedindir”, – deyə V.Putin bildirib.

Putin həmçinin hadisə nəticəsində yaralanan pilot-operatorunda tezliklə sağalmasını arzu edib.

 

 

Gununsesi.info