Putin Müdafiə Nazirliyinin “Vaqner”ə necə dəstək verməsindən danışdı

  • By admin
  • 13 Mart 2024 15:01

Rusiya Federasiyasının prezdienti Vladimir Putin jurnalist  Dmitri Kiselyova müsahibəsində Müdafiə Nazirliyinin “Vaqner” xüsusi hərbi şirkətinə dəstəyindən danışıb.

Gununsesi.info-nun məlumatına görə, Putin qeyd edib ki, Rusiyanın müdafiə departamenti “Vaqner”i rus qrupu olaraq dəstəkləyib, əlavə heç nə olmayıb.

Rusiya dövlət başçısı həmçinin deyib ki, ölkəsi Afrikaya getməyib və Fransanı oradan sıxışdırmayıb:

“Afrika dövlətlərinin rəhbərləri özləri Moskva ilə əməkdaşlıq etmək istəyir. Ancaq problem başqadır. “Vaqner” qrupu əvvəlcə Suriyada bir sıra iqtisadi layihələr həyata keçirdi, sonra digər Afrika ölkələrinə keçdi”.

Gununsesi.info