Putin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunmalıdır - BAYDEN KİYEVƏ RAKET HÜCUMUNDAN DANIŞDI

  • By admin
  • 11 Oktyabr 2022 13:40

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukrayna ərazisinə, o cümlədən Kiyevə raket zərbələri endirməsini kəskin şəkildə pisləyən bəyanat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, bəyanatda bildirirlir ki, bu hücumlar nəticəsində dinc sakinlər həlak olub və yaralanıb, mülki hədəflər məhv edilib: “Bu, bir daha Putinin Ukrayna xalqına qarşı qeyri-qanuni müharibəsinin hədsiz qəddarlığını nümayiş etdirir”

HTML tutorial

Bayden bildirib ki, hücumlar ABŞ-ın Ukrayna xalqına lazım olan müddətdə dəstək vermək öhdəliyini daha da gücləndirir.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz onun təcavüzünün bədəlini Rusiyanın üzərinə qoymağa, Putin və Rusiyanı vəhşiliklərinə və müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etməyə və Ukrayna qüvvələrinə öz ölkələrini və azadlıqlarını müdafiə etmək üçün lazım olan dəstəyi göstərməyə davam edəcəyik. Biz bir daha Rusiyanı bu əsassız təcavüzü dərhal dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırırıq”.

Afət Abbasova

Gununsesi.info